Kateqoriyasız

Ayxan Abbasov: “Komandada irəliləyiş olduğu hiss olunurdu”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Antalyada təlim-məşq toplanışı çərçivəsində Polşanın “Arka” klubuna 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.

38 yaşlı mütəxəssis oyunu şərh edib:

“Bu gün artıq 3-cü oyunumuzu keçirdik. Komandada irəliləyiş olduğu hiss olunurdu. Rəqibimiz də fiziki cəhətdən yaxşı komanda idi. Çempionat öncəsi belə əzmkar komandalara qarşı oynamaq bizim üçün də yaxşıdır. Ümumən, uşaqlar meydanın hər qarışı üçün mübarizə apardılar. Qələbə qazandığımız üçün sevinirik. Komandanı qələbə ruhuna kökləməyə çalışırıq. Burada 1 oyunumuz qalıb. Həmin oyunu da uğurla başa vurub, çempionata tam hazır şəkildə Vətənə dönəcəyimizi düşünürəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43