İdman

Ayxan Abbasovun qorxduğu başına gəldi

AFFA İntizam Komitəsi “Zirə”nin baş məşqçisi Ayxan Abbasovu cəzalandırıb.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan Premyer Liqasının 23-cü turunda “Neftçi” ilə oyunun 85-ci dəqiqəsində A. Abbasov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanırb,  klub 800 manat cərimə olunub.

İntizam Komitəsinin 21 fevral 2018 – ci il 25 №-li protokoluna əsasən A. Abbasova verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edib və ona 6 ay sınaq müddəti vermişdi. Sınaq müddəti ərzində baş məşqçi yenidən cəzalandığına görə sanksiyanın növbəti hissəsi qüvvəyə minib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43