Ölkə futbolu

Azərbaycan – Norveç oyununa hakim təyinatları

U-21 millimizin oyununu idərə edəcək hakimlərin adları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, matçı San Marino Futbol Federasiyasından  Barbeno Luka idarə edəcək. Ona həmyerliləri Françesko Lunardon və Salvatore Tuttifrutti köməklik edəcək.  Dördüncü hakim funksiyasını Mişel Skarpino yerinə yetirəcək.

Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək Azərbaycan-Norveç görüşü sentyabrın 11-i saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43