Kateqoriyasız

“Azərbaycan futbolu məni yaxşı mənada təəccübləndirdi” – xorvatiyalı məşqçi

Sabah”ın baş məşqçisi Jelko Sopiçin köməkçisi Marko Lozo sportklub.hr saytına müsahibə verib.

Xorvat məşqçi koronavirus pandemiyasına görə təxirə salınan Azərbaycan çempionatı ilə bağlı danışıb və bir sıra məqamlara toxunub.

– Azərbaycanda da futbol dayanıb. Orada mövcud durum necədi?
– Doğrudu, burada bir müddətdi futbol dayanıb. Növbəti qərara qədər futbol olmayacaq. Dünən mayın sonuna qədər futbol oynamağın təhlükəsiz olmayacağına dair rəsmi məlumat aldıq. Həyata gəlincə, ötən günlərə kimi hər şey normal idi. Kafelər, restoranlar 15:00-a qədər açıq idi. Dünən isə yalnız market və apteklərin fəaliyyət göstərəcəyi, insanların evdən çölə çıxmamasına qərar verildi.

– Azərbaycan futbolunun səviyyəsi necədi?
– Bura gəlməmişdən öncə Azərbaycan futbolu barədə çox məlumatım yox idi. Amma bir neçə ay ərzində xoş sürprizlə qarşılaşdığımı deyə bilərəm, burda yaxşı mənada təəccübləndim. Səviyyəsinə görə 2 klub – “Qarabağ” və “Neftçi” daha öndədi. Digər komandalar isə eyni gücdədi. Yarışda 8 klub var. Lakin gələn mövsüm klubların sayı 10 olacaq.

– “Sabah” çempionatın turnir cədvəlində 6-cıdı. Bundan məmnunsuz?
– Bundan razı deyilik. Amma xal fərqləri böyük deyil. Hədəfimiz liqanı 3-cü yerdə tamamlamaqdı. Jelko Sopiçlə mənim burada nəsə etməyimiz üçün zaman lazımdı. Buna görə də səbirli olmalıyıq.

– Bir zamanlar “Hayduk”un 2-ci komandasını çalışdırmısız, əsas heyətdə isə köməkçi məşqçi işləmisiz. Bu komandanı  izləyirsiz?
– Əlbəttə, minlərlə kilometr aralıda olsam da, Xorvatiya futbolunu izləyirəm. İqor Tüdorun rəhbərliyi ilə “Hayduk” daha sağlam görünür. 3 müdafiəçi ilə oynayır. Bu, asan sistem deyil. Çünki rəqib hücumlarını qarşılaşmaq üçün sizin 3 sürətli, cəld, güclü müdafiəçiniz olmalıdı.

– Pep Qvardiola ilə Dieqo Simeonenin ən sevdiyiniz məşqçilər olduğunu söyləmişdiz. Bunun səbəbi nədi?
– Dieqo Simeonenin oyunçulara verdiyi enerjini xüsusi qeyd edərdim. Ancaq dünyanın ən yaxşı baş məşqçisini seçmək məcburiyyətində qalsam, Pep Qvardiolanı seçərəm. Futbolu anlama şəkli inqilabidi. Oyun tərzinə uyğun futbolçular axtarır. Buna görə də uğurlar qazanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43