Kateqoriyasız

Azərbaycan – Kipr matçının yeri bəlli oldu

Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasının 4-cü turu çərçivəsində Kiprlə oyununun yeri müəyyənləşib.

İdmanxeber.az-ın məlumatıma görə, oyun Albaniyada olacaq. Qarşılaşma Elbasan şəhər stadionunda keçiriləcək.

Oktyabrın 13-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, oyunun Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılırdı. Amma Dağlıq Qarabağdakı hadisələr səbəbindən matç başa ölkəyə keçirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43