Kateqoriyasız

Azərbaycan kuboku: 18 ildə ilk dəfə

Azərbaycan kubokunun 2022/23 mövsümü iki komandanın ilk dəfə yarımfinala yüksəlməsi ilə əlamətdar olub.

İdmanxeber.az-ın məlumatına görə, buna “Səbail” və “Turan Tovuz” imza atıb.

1/4 final səddini ilk dəfə adlayanların sayında son 18 ilin rekordu qeydə alınıb. İlk dəfə yarımfinal oynayacaq komandaların sayının birdən artıq olması sonuncu dəfə 2004/05 mövsümündə qeydə alınıb.

Həmin vaxt üç komanda – “Xəzər Lənkəran”, “MKT-Araz” və “İnter” tarixdə ilk dəfə kubokun yarımfinalında oynayıb. Bu mərhələ təcrübəsinə malik yeganə klub “Bakı” olub ki, sonda yarışın qalibi adını da onlar qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43