Kateqoriyasız

Afrikalı futbolçu Azərbaycandan təklif alıb

Belarus klubu BATE-nin yeni transferi Şerif Jimo karyerasını Azərbaycanda davam etdirə bilərmiş.

İdmanxeber.az-ın məlumatına görə, afrikalı bu barədə özü məlumat verib. O, Azərbaycan və Macarıstan klublarından təklif aldığını ancaq avrokuboklarda çıxış etdiyi üçün BATE-ni seçdiyini bildirib.

Fil Dişi Sahili millisinin sabiq müdafiəçisi ötən mövsümü “Neman”(Qrodno) klubunda keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43