Kateqoriyasız

“Zirə” “Neftçi”ni kubokdan kənarlaşdırdı, finala çıxdı – YENİLƏNİB

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

İdmanxeber.az xəbər verir ki, ilk olaraq “Qarabağ” “Qəbələ”ni qəbul edib.

Bu komandalar arasında ilk matçda Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gəlmişdi. Bugünkü matçda isə “Qarabağ” 5:1 hesablı qələbə ilə finala yüksəlib.

Günün son qarşılaşmasında “Zirə” “Neftçi”nin qonağı olub. Həm Zirədə keçirilən oyunda, həm də “Bakcell Arena”dakı matçda qol vurulmayıb və finalçını oenaltilər seriyası müəyyənləşdirib. Burada isə “Zirə” daha dəqiq oynayaraq tarixində ilk dəfə kubokun finalına çıxıb.

29 aprel (cümə)

20:30. “Neftçi” – “Zirə” – 0:0

Penaltilər seriyası: 3:5

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
“Bakcell Arena”
İlk oyun – 0:0

17:30. “Qarabağ” – “Qəbələ” – 5:0 

Qollar: Ramil Şeydayev, 5, Kadi Borqes, 13-pen. 17, Leandro Andrade, 37, Ramil Şeydayev, 58
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
“Azersun Arena”
İlk oyun – 3:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43