Ölkə futbolu

Azərbaycan Kubokunda rekord qeydə alındı

Futbol üzrə Azərbaycan Kubokunda yeni rekord qeydə alınıb.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, turnirin yarımfinal mərhələsində gerçəkləşib.

Raundun 4 matçında qapılara 14 qol vurulub, bu isə yarış tarixində mütləq rekorddur. İndiyədək yarımfinalda ən çox qol 1994/1995 və 2008/2009 mövsümlərində vurulub. Hər iki halda bu rəqəm 13-ə bərabər olub.

“Qarabağ”la “Neftçi”nin dueli isə turnirin tarixində ən məhsuldar və ən böyük fərqin qeydə alındığı yarımfinaldır. 2021/2022 mövsümündə “Qarabağ” “Qəbələ”ni 3:1 və 5:0 hesabları ilə məğlub edib.

Qeyd edək ki, “Qarabağ”la “Neftçi”nin görüşlərində (4:0, 4:1) doqquz, “Zirə” ilə “Qəbələ”nin matçlarında (2:1, 2:0) beş top qeydə alınıb. İyunun 2-də final matçında “Zirə” və “Qarabağ” komandaları üz-üzə gələcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43