Kateqoriyasız

Azərbaycan – Portuqaliya matçı italyana tapşırıldı

Azərbaycan və Portuqaliya milli komandaları arasında DÇ-2022-nin seçmə mərhələ oyunu üçün təyinatlar açıqlanıb. Qarşılaşmanı İtaliyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Marko Quida olacaq. Ona yan xətt hakimləri Filippo Meli və Alessandro Kostanzo kömək edəcəklər. Ehtiyat hakim funksiyasını isə Fabio Mareska yerinə yetirəcək.
Azərbaycan – Portuqaliya oyunu sentyabrın 7-də, Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20.00-da start götürəcək.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43