Kateqoriyasız

Azərbaycan – Qazaxıstan matçının biletləri satışda

UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək Azərbaycan – Qazaxıstan oyununun biletləri satışa çıxarılıb.

İdmanxeber.az-ın məlumatına görə, azarkeşlər biletləri iTicket.AZ vasitəsilə əldə edə bilərlər.

“Dalğa Arena”da baş tutacaq qarşılaşmada biletlərin qiyməti 2-10 manat arası dəyişir. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet almaq mümkündür.

Qeyd edək ki, sentyabrın 25-də keçiriləcək Azərbaycan – Qazaxıstan oyunu saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43