Dünya futbolu Kateqoriyasız

“Qarabağ”a tarix yazmağa imkan vermədi, “Yuventus”a getdi

“Yuventus” heyətinə yeni futbolçu qatıb.

İdmanxeber.az-ın məlumatına görə, Turin təmsilçisi “Marsel”in hücumçusu Arkadiuş Miliki mövsümün sonunadək icarəyə götürüb. “Qoca sinyora” 28 yaşlı polşalı hücumçunu 8 milyon avroya almaq hüququna malikdir. Milik artıq tibbi müayinədən keçmək üçün İtaliyaya gedib.

Qeyd edək ki, Arkadiuş Milik 2021-ci ildən “Marsel”də çıxış edir. O, bu ilin fevralında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ”la matçda dubl edərək komandasına vacib qələbə qazandırmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43