Kateqoriyasız

Azərbaycan idmançısı Portuqaliyada qazandığı mükafatı Ukrayna ordusuna bağışlayacaq

Azərbaycan karateçisi İrina Zaretska Portuqaliyanın Matozinyuş şəhərindəki Karate1 Premyer Liqa turnirində qazandığı məbləği Ukrayna ordusuna bağışlayacaq.

İdmanxeber.az-ın məlumatına görə, 68 kq çəki dərəcəsində çıxış edən 26 yaşlı idmançı bu barədə Dünya Karate Federasiyasının (WKF) rəsmi saytına açıqlamasında söyləyib. O, bu turnirdə Ukrayna üçün döyüşdüyünü deyib:

“Bu turnirdə nə özüm, nə də Azərbaycan üçün döyüşmüşəm. Doğulduğum Ukrayna üçün mübarizə apardım. Buna görə də qazandığım mükafatı Ukrayna ordusuna bağışlayacam”.

İrina Zaretska yarışın finalında italiyalı Silvia Semeraroya uduzaraq gümüş medal qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43