Kateqoriyasız

Omar Hanı “Qəbələ”dən ayrılır?

İndoneziyanın  “Persiya Cakarta” klubu “Qəbələ”nin legioneri Omar Hani ilə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, komandanın baş məşqçisi Tomas Doll APOEL-də tələbəsi olmuş Hanini komandasına gətirmək istəyir. 22 yaşlı cinah oyunçunun nə qərar verəcəyi maraqla gözlənilir.

2021-ci ilin avqustundan “Qəbələ”də çıxış edən iordaniyalı oyunçu bu mövsüm 22 oyunda 1 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43