Kateqoriyasız

AZAL-da iki ciddi itki

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən AZAL birhəftəlik toplanışa yekun vurub.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, noyabrın 11-17-si aralığında komandanı təlim-məşq toplanışına cəlb edən baş məşqçi Tərlan Əhmədov futbolçuları iki yoxlama oyununda sınayıb.

Gündəlik məşqlərin yorgunlugu fonunda oynanılan iki qarşılaşmada həm də ehtiyat qüvvə baxışdan keçirilib. Noyabrın 14-də “Kəpəz” və 17-də “Çıragan”la görüşlərdə əvəzedici heyətdən dəvət olunan Zeynal Zeynalov, Əsgər Hüseynov, Elməddin Səfərov, İsa Zeynallı kimi gənclər istedadını göstərmək üçün şans qazanıb. Dünən toplanışa yekun vuran AZAL artıq “İnter”lə oyunun hazılıqlarına başlayıb. Gündə bir dəfə məşqə çıxan futbolçular arasında iki zədəli var.

Bu yaxınlarda Ankarada əməliyyat olunan Seymur Əsədov və əzələsini dartan kapitan Rail Məlikov məlum səbələrdən məşqlərdən kənarda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43