Ölkə futbolu

AZAL şokda: brazilyalı mövsümü erkən başa vurdu

AZAL-ın futbolçusu Edu ciddi zədələnib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, tam adı Eduardo Konseysao Masiel olan braziliyalı  oyunçu  XIX turda əvəzedici komandanın heyətində “Neftçi”yə qarşı görüşdə sıradan çıxıb. Həmin matçda hesabı açan Edu ikinci yarının əvvəlində meydanı xərəkdə tərk edib.

MRT müayinəsindən sonra onun sağ dizinin ön çarpaz bağlarında tam qopma aşkarlanıb. Bu isə braziliyalının mövsümü başa vurması deməkdir. Yaxın günlərdə Edu əməliyyat olunmaq üçün Türkiyəyə getməli olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43