l Divizion Ölkə futbolu

“Azarkeşlərimiz qarşısında qələbə üçün oynayacağıq” – “Zaqatala”nın futbolçusu

“Qaradağ Lökbatan”la oyuna hazırlaşırıq. Sabahkı görüş bizim üçün vacibdir. İki matçdır ard-arda xallar itiririk. “Mingəçevir”lə qarşılaşmada son saniyədə qol buraxıb üç xalı əldən verdik”.

Bu sözləri idmanxeber.az saytına “Zaqatala”nın futbolçusu İbrahim Qədirzadə Azərbaycan I Divizionun 18-ci turu çərçivəsində keçiriləcək “Qaradağ Lökbatan” oyunu barədə danışarkən deyib. 23 yaşlı futbolçu daha sonra belə davam edib:

“Azarkeşlərimiz qarşısında qələbə üçün oynayacağıq. Qalib gəlib onları sevindirmək istəyirik. Turnir cədvəlində mövqeyimizi yaxşılaşdırmaq istəyirik. Düzdür, turnir cədvəlində yuxarı pillələrdəki komandalarla xal fərqimiz böyükdür. Ancaq futbolda hər şey mümkündür. Hazırda elə mövqedəyik ki, 2-3-cü sıralara çata bilərik. Biz də daha yuxarı pillələr üçün mübarizə aparmağa çalışacağıq”.

“Zaqatala” hazırda 22 xalla 8-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43