Dünya futbolu

“Çelsi” fransalı futbolçunu buraxmadı

“Çelsi” və Nqolo Kante müqaviləni uzatmaq niyyətindədir.

İdmanxeber.az xəbər verir ki, bu barədə “The Telegraph” saytı məlumat yayıb. Mənbə yazır ki, tərəflər arasında artıq görüş baş tutub. Futbolçu da London klubunda qalmağa müsbət yanaşır.

31 yaşlı müdafiəçi zədə səbəbindən uzun müddətdir oynaya bilmir. Bu dönəmdə onun “Çelsi”dən ayrılacağı barədə iddialar var idi. Ancaq rəhbərlik təcrübəli futbolçunu buraxmaq niyyətində deyil.

Bununla yanaşı, klubun həkimləri Kantenin martda yenidən yaşıl meydanlara qayıdacağını bildiriblər.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43