İdman

Azərbaycan çempionu rinqə PKK bayrağı ilə çıxdı – FOTO

Sosial şəbəkələrdə yeni siyasi qalmaqala səbəb ola biləcək fotoşəkil yayılıb.

İdmanxeber.com-un məlumatına görə, bu yaxınlarda keçirilən əlbəyaxa döyüş üzrə turnirdə Azərbaycan idmançısı, dördqat Avropa çempionu Anar Süleymanov rinqə üzərində kürd terror təşkilatı olan PKK-nın simvolikası olan geyimdə çıxıb.

Bu yarışlar “İdman Azərbaycan” telekanalı ilə yayımlanıb. A.Süleymanov onu kürd terrorçularına rəğbət bəslədiyinə görə tənqid edən sosial şəbəkə istifadəçilərinin iradlarına isə söyüş və hədə-qorxu gəlməklə cavab verib.

Məlumata görə, Anar Süleymanov Azərbaycandakı kürd icmasının liderlərindən biri, “Diplomat” qəzetinin baş redaktoru Tahir Süleymanovun yaxın qohumudur.//Virtualaz.org



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43