Kateqoriyasız

“Xəzər Lənkəran”ın transfer etmək istədiyi 4 futbolçu bəlli oldu – ADLAR

Gələn mövsümdə qarşısına çempionluq iddiası qoyan “Xəzər Lənkəran” rəhbərliyi transfer çalışmalarını davam etdirir.

Son saatlar mətbuat da 4 futbolçu ilə ilkin razılaşma əldə edildiyi, onlardan biri legioner, digər üçü isə yerli futbolçu olduğu yazılırdı və xəbərdə hansı futbolçuların olduğu klub rəhbərliyi tərəfdən sirr saxlanıldığı qeyd edilirdi. Yalnız bir xəbər sızmışdır ki, o da yerli futbolçulardan birinin “Qarabağ” forması geyindiyi xəbər idi.

Əldə etdiyimiz məlumata görə, bu bu dörd futbolçu aşağıdakılardı:

Vaqif Cavadov (“Boluspor” Türkiyə)

Rəşad Eyyubov (“Simurq” Zaqatala)

İlqar Qurbanov (“Qarabağ” Ağdam)

Dragan Çeran (“Simurq” Zaqatala)

Hər 4 futbolçu ilə ilkin razılığa gəlinib. Qalıb sadəcə onlarla müqavilə imzalamaq.

xl-fans.com


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43