Kateqoriyasız

“Qarabağ”dan gedir: “Gözləyirəm”

“Kəpəz”ə keçəcəyimi dəqiq deyə bilmərəm. Gözləyirəm… Yaxın bir həftə ərzində hər şeyə aydınlıq gəlməlidir”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Qarabağ”ın futbolçusu Şəhriyar Əliyev deyib.

Ağdam klubundan ayrılacağı deyilən Əliyev daha sonra sözlərinə belə davam edib:

“Mənim mövqeyimdə Rəşad Sadıqov, Admir Teli, Bədavi Hüseynov çıxış edir. Mənə isə oyun təcrübəsi lazımdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43