Ölkə futbolu

Azərbaycan futbolunda növbəti biabırçılıq

Futbol üzrə Azərbaycan U-14 liqasında biabırçı hadisə baş verib. 

Belə ki, baş məşqçi futbolçuları döyüb.

Artıq AFFA İntizam Komitəsi həmin məşqçini sərt şəkildə cəzalandırıb: "17 noyabr 2013-cü il U-14 Liqasının UGİM (Oğuz) – UGİM (İsmayıllı) matçının fasiləsi zamanı UGİM (İsmayıllı) komandasının baş məşqçisi Tərlan Vahidov öz komandasının futbolçularına qarşı fiziki təsir göstərdiyinə görə bir il müddətinə futbol fəaliyyətindən kənarlaşdırılır".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43