Milli komanda

Azərbaycan – Hollandiya matçının biletləri satışa çıxarılır

Futzal üzrə dünya çempionatının play-off mərhələsinin cavab oyunları çərçivəsində sabah keçiriləcək Azərbaycan – Hollandiya qarşılaşmasının biletləri oyun günü satışa çıxarılacaq.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, biletləri saat 10:00-dan etibarən sarayın kassalarından əldə etmək mümkündür.

Biletin qiyməti 1 manatdır.

Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Hollandiya oyunu saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43