İdman

Azərbaycan klubu ÇL-ə məğlubiyyətlə başladı

Futbol üzrə Asiya Çempionlar Liqasında qrup mərhələsinin görüşləri start götürüb.

İdmanxeber.com-un məlumatına görə, Cənubi Azərbaycan təmsilçisi “Traktorsazi” ilk qarşılaşmasını keçirib. Türkiyəli mütəxəssis Ərtoğrul Sağlamın çalışdırdığı Təbriz klubu startda Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Əhli” ilə qarşılaşıb. Doğma meydanda baş tutan oyun təbrizlilərin məğlubiyyəti ilə başa çatıb – 0:1.

A qrupunda “Traktorsazi”yə rəqib olan digər komandaların duelində isə BƏƏ “Əl-Cəzirə”si Qətərin “Əl-Qarafa” klubuna 3:2 hesabıyla qalib gəlib.

Cənubi Azərbaycan klubu növbəti matçını fevralın 19-da səfərdə “Əl-Qarafa”ya qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43