Kateqoriyasız

Azərbaycan kuboku: 1/4 finalçılar müəyyənləşdi (YENİLƏNİB)

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, son oyun günündə iki qarşılaşma baş tutacaq.

"Rəvan" öz meydanında birinci divizion təmsilçisi "Bakı"nı sınağa çəkəcək. "Qəbələ" isə evdə "Mil-Muğan"la münasibətlərinə aydınlıq gətirəcək.  

Qeyd edək ki, dünən keçirilən oyunlardan sonra “Neftçi”, “Qarabağ”, “İnter”, “Sumqayıt”, “Zirə” və “Xəzər Lənkəran” klubları 1/4 finala yüksəlib.

3 dekabr (çərşənbə)

Azərbaycan kuboku, 1/8 final

17:00. “Qəbələ" – "Mil-Muğan” 7:0

Qol: Meza Kolli, 6, Ruslan Abışov, 16, Pereyra, 22, 45,  Rikardinyo, 43, Vaqif Cavadov, 57, Asif Məmmədov, 83

Hakimlər: Orxan Məmmədov, Kamran Bayramov, Coşqun Həsənov, Rəşad Əhmədov

Qəbələ şəhər stadionu.

20:00. “Rəvan” – “Bakı” – 1:0
Qol: Vüqar Bəybalayev, 23 (1:0)

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vaqif Musayev, Emin Nağıbəyov

“Bayıl Arena”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43