Ölkə futbolu

Azərbaycan kuboku: “Araz Naxçıxan” cəzalandırıldı

İntizam Komitəsinin bu gün keçirilən növbəti iclasında Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunlarında baş verən neqativ hallar müzakirə olunub və aşağıdakı qərarlar qəbul olunub.  

Azərbaycan kubokunun 1/8 final “İnter” – “Şuşa” matçının 84-cü dəqiqəsində “Şuşa” klubunun 9 №-li futbolçusu İsrafil Qarayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.

Azərbaycan kubokunun 1/8 final “Araz Naxçıvan” – “Simurq” matçında “Araz Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

Oyunun 90+3-cü dəqiqəsində “Simurq” klubunun 18 №-li futbolçusu Tural Axundov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

Azərbaycan kubokunun 1/8 final “Qarabağ” – AZAL matçının 64-cü dəqiqəsində AZAL klubunun 3 №-li futbolçusu Aleksandr Şemonayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

Azərbaycan kubokunun 1/8 final “Qaradağ Lökbatan” – “Rəvan” matçının 36-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 25 №-li futbolçusu Elçin Cəfərov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.

Azərbaycan kubokunun 1/8 final “Mil-Muğan” – “Qəbələ” matçının 11-ci dəqiqəsində “Mil-Muğan” klubunun 1 №-li futbolçusu Çərkəz Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman hakimləri təhqir etdiyinə görə futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43