Premyer Liqa

AFFA klublara cəza yağdırdı

İntizam Komitəsinin bu gün keçirilən növbəti iclasında aşağıdakı qərarlar qəbul edilmişdir:

Azərbaycan kubokunun 1/8 final “İnter” – “Şuşa” matçının 84-cü dəqiqəsində “Şuşa” klubunun 9 №-li futbolçusu İsrafil Qarayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.

Azərbaycan kubokunun 1/8 final “Araz Naxçıvan” – “Simurq” matçında “Araz Naxçıvan” klubunun 4  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

Oyunun 90+3-cü dəqiqəsində “Simurq” klubunun 18 №-li futbolçusu Tural Axundov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

Azərbaycan kubokunun 1/8 final “Qarabağ” – AZAL matçının 64-cü dəqiqəsində AZAL klubunun 3 №-li futbolçusu Aleksandr Şemonayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

Azərbaycan kubokunun 1/8 final “Qaradağ Lökbatan” – “Rəvan” matçının 36-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 25 №-li futbolçusu Elçin Cəfərov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.

Azərbaycan kubokunun 1/8 final “Mil-Muğan” – “Qəbələ” matçının 11-ci dəqiqəsində “Mil-Muğan” klubunun 1 №-li futbolçusu Çərkəz Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman hakimləri təhqir etdiyinə görə futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur .

Topaz Premyer Liqasının XVI turunun “Qəbələ” – “Simurq” matçında “Qəbələ” klubunun 4  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

Topaz Premyer Liqasının XVI turunun “Qarabağ” – “Neftçi” matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

Topaz Premyer Liqasının XVI turunun “İnter” – “Xəzər Lənkəran” matçının 43-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə olunur

Topaz Premyer Liqasının XVI turunun “Sumqayıt” – “Bakı” matçının 90+2-ci dəqiqəsində “Sumqayıt” klubunun 10 №-li futbolçusu Ruslan Qurbanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur.

Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun 2 №-li futbolçusu Slavik Alxasov və keçən tur cəzalandırılmış futbolçusu Samir Abbasov hakimləri təhqir etdiyinə görə hər iki futbolçu 4 oyunluq cəzalanır, klub 8000 manat cərimə olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43