Kateqoriyasız

Azərbaycan Kubokunun final matçından öncə konsert olacaq

Mayın 25-də “Qarabağ” və “Neftçi” komandaları arasındakı Azərbaycan Kubokunun final matçından öncə Tofiq Bəhramov adına Respublika stadionunda konsert proqramı təşkil ediləcək. 

İdmanxeber.com-un məlumatına görə, ifaçılar xalq artisti Aygün Kazımova ilə gənc müğənni Rauf olacaq.

Daha sonra hamı Azərbaycan himnini oxuyacaq. Saat 20:00-da isə final matçı başlanacaq.

Qeyd edək ki, biletlər mayın 20-dən Respublika stadionunun kassalarında satışa çıxarılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43