Ölkə futbolu

“Azərbaycan millisi bizim üçün təhlükəli rəqib deyil”

Mənim heç bir şübhəm yoxdur ki, Rusiya millisi Lüksemburq və Azərbaycanla oyunda 6 xal qazanacaq. Çünki bizim komandamız rəqibləri hər cəhətdən üstələyir. Futbolçularımız yaxşı formadadırlar. Həm də onlar  hər iki oyunda 3 xalın bizə nə dərəcə vacib olduğunu yaxşı başa düşürlər".

Bu sözləri mətbuata açıqlamasında Rusiyanın əməkdar məşqçisi Valeri Qazzaev deyib.

Təcrübəli mütəxəssis Azərbaycan yığmasını Lüksemburqdan nisbətən güclü olduğunu deyib: "Bu iki komanda arasında ele də çox fərq görmürəm. Azərbaycan millisi Lüksemburqdan güclü ola bilər. Ancaq heç biri bizim üçün təhlükəli rəqib deyil".

Qeyd edək ki, milli komandamız Rusiya ilə oktyabrın 15-də qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43