Ölkə futbolu

Azərbaycan millisi FİFA reytinqində irəlilədi

FİFA 2013-cü il üçün yekun reytinq cədvəlini açıqlayıb.

Azərbaycan millisi reytinq cədvəlində 94-cü pillədə qərarlaşıb. Axırıncı dəfə 28 noyabrda açıqlanan siyahının dərc olunmasından sonra heç bir rəsmi oyuna çıxmayan millimizin 363 xalı var.

Lakin yığmamız oynamasa belə bir pillə irəliləyib. Berti Foqtsun başçılıq etdiyi komanda 95-ci pillədən 94-ə gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43