Ölkə futbolu

“Azərbaycan millisinin heyəti genişdir”

Futzal üzrə Avropa çempionatının final mərhələsində Sloveniya və Azərbaycan milliləri arasında keçirilmiş oyundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:

Andrey Doboviçnik (Sloveniya millisinin baş məşqçisi): “Komandam yorğun idi. Azərbaycan millisinin isə heyəti genişdir. Bu baxımdan rəqib üçün belə gərgin qarşılaşmada oynamaq çətin olmadı. Bundan əlavə, Azərbaycan millisinin əksər üzvləri eyni klubda çıxış edir. Hesabda 5:2 irəlidə olduğumuz halda uduzmağımız üzücüdür. Bugünkü məğlubiyyət ağır oldu”.

Joze Alesio Da Silva (Azərbaycan millisinin baş məşqçisi): “İlk 10 dəqiqədə əsəbi idik. Oyunumuzu tapa bilmirdik. İkinci hissədə özümüzə gəldik. Sloveniya yığması çox yaxşı komandadır. Bir neçə oyunlarına baxmışdıq.

Bu gün biz daha çox səhvlər buraxdıq və rəqib bundan yararlandı. İtaliya yığması ilə oyun bizim üçün çətin olacaq. Sloveniyalılar ikinci hissədə eyni heyətlə oynadıqları üçün çox yorulmuşdular. Bu baxımdan biz də İtaliya millisi ilə matçda yorğun olacağıq. Buna baxmayaraq, qələbə qazanmağa çalışacağıq. Məqsədimiz, ən azı, yarımfinala çıxmaqdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43