Milli komanda

Azərbaycan – Rusiya oyununun başlanma saatı açıqlandı

2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 15-də keçiriləcək Azərbaycan – Rusiya oyununun başlanma saatı açıqlanıb.

Qrup mərhələsi çərçivəsində sonuncu oyunlar olduğuna görə, FİFA-nın qərarı ilə qarşılaşma Bakı vaxtı ilə saat 22.00-da başlayacaq. Qeyd edək ki, oyun  “Bakcell Arenada” keçiriləcək.

Qeyd: Bununla əlaqədar olaraq, AFFA rəhbərliyi iş vaxtının uzadılması ilə bağlı Bakı Metropoliteninin rəhbərliyinə müraciət edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43