Milli komanda

Azərbaycan – Ukrayna oyunu canlı yayımda

Bu gün futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Ukrayna matçı canlı yayımlanacaq.

İdmanxeber.comun məlumatına görə, “Sərhədçi” də baş tutacaq və saat 21:30-da keçiriləcək prinsipial qarşılaşma “İdman Azərbaycan” telekanalının canlı yayımında olacaq.

Qeyd edək ki, hər iki komanda ilk iki görüşündə qələbə qazanıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43