Kateqoriyasız

“Azərbaycanda yalnız yüksək maaşa oynayaram”

“Avropanın yaxşı klublarından sərfəli təkliflər almışam. Baxaq, görək necə olacaq. Ukraynada yalnız üç komandanın təklifini qəbul edərəm”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Ukraynanın “Volın” klubunun futbolçusu Erik Bikfalvi deyib.

27 yaşlı rumıniyalı yarımmüdafiəçisi Azərbaycanda yalnız yüksək maaşa oynaya biləcəyini vurğulayıb: “Menecerimə dərhal söylədim: Azərbaycan, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərində yalnız böyük məbləğdə maaşa oynayaram. Əks təqdirdə bu ölkələrin klubları mənə maraqlı deyil. Çünki həmin ölkələrə getsəm, milli komandadan uzaq düşəcəm”.

Qeyd edək ki, 2012-ci ildən “Volın”da çıxış edən Bikfalvi keçirdiyi 76 oyunda 27 qol vurub.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43