Kateqoriyasız

“Neftçi” kubok finalı öncəsi şokda

“Neftçi”nin futbolçusu Flavinyo zədə səbəbindən Azərbaycan kubokunun final oyununda iştirak edə bilməyəcək.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində səfərdə “Xəzər Lənkəran” klubu ilə keçirilmiş matçda zədələnmiş futbolçu müalicəsini vətənində davam etdirəcək.

Bu gün Braziliyaya yola düşəcək Flavinyo, “Neftçi”nin Avstriya təlim-məşq toplanışında komandanın düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” iyunun 3-ü saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43