Kateqoriyasız

Azərbaycanı son dəqiqələrdə üzən futbolçu qolunu oğluna həsr etdi – AÇIQLAMA

Bolqarıstan yığmasının hücumçusu Ventsislav Xristov “Avro-2016″nın seçmə mərhələsində qalib gəldikləri millimizlə oyun haqda danışıb.

İdmanxeber.com-un məlumatına görə, ölkəsinin mətbuatına açıqlama verən 25 yaşlı futbolçu gərgin keçən oyunla bağlı bunları deyib:

“Bu çox yaxşı hissdir. Qalib gəldiyimiz üçün çox şadam. Vurduğum qolu bir ay öncə dünyaya gələn oğluma həsr edirəm. Əgər baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirsəydik, daha yaxşı nəticə qazana bilərdik. Çətin şəraiti nəzərə alsaq, çox vacib qələbə qazandığımızı söyləmək olar. Ancaq biz daha artığını edə bilərik. Ümid edirəm ki, qrupda Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə verən iki yerdən birini tutacağıq. Bunun üçün qarşıdakı oyunlarda da qələbə qazanmalıyıq.

Komandama kömək etmək üçün meydana çıxdım. Bunu bacardığım üçün xoşbəxtəm. Qazanılan hər çətin qələbə doğmadır. Meydançanın ot örtüyünün bərbad olmasına baxmayaraq komanda yoldaşlarım qələbə üçün əllərindən gələni etdilər. Təbii ki, seçmə mərhələyə qələbə ilə başlamaq asan deyil. Əgər bunu bacarsan, növbəti görüşlərdə komandada olan özünəinamı artırar. Öz gücümüzə inanaraq oynasaq, daha böyük uğurlar əldə edə bilərik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43