Premyer Liqa

“Xəzər Lənkəran”ın yeni transferi: “Neftçi” azarkeşləri ilə aram yaxşıdı”

“Neftçi” ilə matça yaxşı hazırlaşırıq. Açığı fərq qoymuruq “Neftçi” ilə başqa komandalara. “Sumqayıt”la oyuna hazırlaşdığımız kimi “Neftçi”ylə də oyuna elə hazırlıq görürük”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Xəzər Lənkəran”ın futbolçusu Rəşad Sadiqov deyib.

“Neftçi”ni “Xəzər Lənkəran”a dəişən futbolçu sabiq komandası ilə qarşılaşmada ancaq qələbə qazanmaq üçün meydana çıxacaqlarını bildirib:

“Neftçi” ilə oyunda qələbə düşünürük. İnanıram ki, mövsümdə ikinci qələbəmizi qazana biləcəyik. Mən neçə il “Neftçi”də çıxış etmişəm. Ordakı fanatlarla da aramız yaxşı olub. Mənim “Neftçi” azarkeşləri ilə aram həmiə yaxşı olub. İnanmıram ki, “Neftçi” azarkeşləri məni fitə bassın. Peşəkar futbolçularıq. Bu gün burda, sabah başqa yerdə ola bilərik”.

Qeyd edək ki, “Neftçi” – “Xəzər Lənkəran” oyunu sentyabrın 13-də, saat 17:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43