Milli komanda

Azərbaycanın “play-off”dakı potensial rəqibləri məlum oldu

Futzal üzrə dünya çempionatının seçmə mərhələsinin Avropa zonasında yarışan millimiz artıq qrup mərhələsini arxada qoyub. 

İdmanxeber.com-un məlumatına görə, 2-ci qrupda Xorvatiya, Belarus və İsveçlə mübarizə aparan yığmamız mübarizəni lider kimi başa vuraraq, “pley-off”da oynamağa haqq qazanıb. 2016-cı ilin  fevralın 12-də Serbiyanın paytaxtı Belqradda baş tutacaq püşakatma ilə futzalçılarımızın pley offdakı rəqibinin kimliyinə aydınlıq gələcək.

Yeddi qrupun liderləri ilə ikincilərini üz-üzə qoyacaq püşk zamanı eyni qrupda mübarizə aparmış komandalar yenidən bir-birilərinə rəqib ola bilməyəcəklər. Pley-off oyunları isə 22 mart və 12 apreldə keçiriləcək. Qrupda ikinci yeri tutmuş kollektivlər ilk qarşılaşmalara ev sahibliyi edəcəklər.

İki oyunun nəticəsinə görə qalib gəlmiş 7 komanda isə 14 sentyabr 2 oktyabr arası Kolumbiyada keçiriləcək final turnirində iştirak edəcək. Artıq millimizin potensial rəqibləri də bəllidi. Azərbaycan Belarusla eyni qrupda mübarizə apardığı üçün pley off mərhələsində rəqib ola bilməz.

Qrupda birinci yeri tutanlar: Ukrayna, AZƏRBAYCAN, Rusiya, İspaniya, Qazaxıstan, Portuqaliya, İtaliya

Qrupda ikinci yeri tutanlar: Macarıstan, Belarus*, Serbiya, Hollandiya, Sloveniya, Polşa, Slovakiya


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43