İdman

Azərbaycanlı hakim-inspektor Avroliqa matçına təyinat aldı

Azərbaycanlı hakim-inspektor Asim Xudiyev avrokubok oyununa təyinat alıb.

 İdmanxeber.com-un məlumatına görə, həmyerlimiz Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab oyunu zamanı iş başında olacaq.

O, "Jelezniçar" (Bosniya və Herseqovina) – "Balsan" (Malta) oyununun hakim-inspektoru vəzifəni yerinə yetirəcək. Bu görüş iyulun 9-da Sarayevo şəhərindəki "Asim Ferhatoviç Has" stadionunda keçiriləcək. (affa.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43