İdman

Azərbaycanlı hakim “Qalatasaray” – “Borussiya” matçına təyinat alıb

FIFA referisi Əliyar Ağayev yeni təyinat alıb.

İdmanxeber.com-un məlumatına görə, UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edən klubların gənclərdən ibarət komandaları arasında təşkil olunan UEFA Gənclər Liqası turnirinin D qrupunda oktyabrın 22-də, Türkiyənin İstanbul şəhərindəki Esenyurt İncirtepe stadionunda keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Borussiya” (Dortmund, Almaniya) oyununun baş hakimi Əliyar Ağayev olacaq. Ona Rza Məmmədov və Knyaz Əmiraslanov kömək edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43