U-12 liqasında keçirilən “İnter” – “Əlincə” (2:0) matçının baş hakimi Elməddin Cavadov “fair-pley” hərəkəti ilə diqqət çəkib.
İdmanxeber.com-un AFFA-nın rəsmi “facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, matçın gedişində “Əlincə” klubunun futbolçusunun zədələnərək yerdə qaldığını görən referi uşağa yaxınlaşaraq, onu qucağına alıb və həkimlərin oyunçuya yardım etməsi üçün meydançanın kənarına gətirib.