Ölkə futbolu

“Bəzi epizodlarda bəxt də yanımızda deyildi” – Samir Abasov

“Azarkeşlərə təşəkkür edirəm, gözəl atmosfer yaratmışdılar. Bizə dəstək oldular. Oyun haqda nə deyim? Qol vuracağımızı gözlədiyimiz anda, qapımızda qollar görürük. “Neftçi”nin vurduğu ikinci qol nəyi edə bilmədiyimizin bariz nümunəsi idi. Rəqibin futbolçusunun verdiyi ötürmə, ora çatıb qol vurmaqları…Biz bunları edə bilmirik. Topa nəzarət edirdik, epizodlarımız yaranırdı. Amma “Neftçi”nin cərimə meydançasının içində topu rəqibə vurub, geriyə qayıdırıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Neftçi” məğlubiyyəti (4:0) sonrası deyib. O, daha sonra belə davam edin:

“Bəzi epizodlarda bəxt də yanımızda deyildi. Danışmaq çətindir. İlk yarı yaxşı oynadıq. Standart vəziyyətlərdən qorxurduq. Bu il hər standart vəziyyətdən qol buraxmışıq. “Neftçi” hesabı açsa da, özümüzü itirmədik, sona qədər oynadıq. İkinci yarı daha yaxşı oynadıq, ancaq son nöqtələri qoya bilmirik. Elə epizodlar var ki, futbolçuya nəsə deməli deyilsən. Futbolçu özü həmin qərarı verməlidir. “Neftçi”nin futbolçuları bunu bizim oyunçulara göstərdi. Əsas məqsədimiz Premyer Liqada qalmaqdır. “Şamaxı” ilə ağır səfər oyunumuz var”.

Abasov matçdan sonra “Neftçi”nin kapitanı Emin Mahçudovla nə barərə danışdığına da aydınlıq gətirib:

Matçdan sonra “Neftçi”nin bütün futbolçuları ilə danışdıq, sadəcə Eminlə söhbətimiz uzun çəkdi. Çünki onu çox istəyirəm. Onun haqda yazılan xəbərləri mən də oxuyuram. Eminlə bu haqda danışdıq. Böyük qardaş kimi Eminə bir-iki məsləhət verdim. Burada deyə bilmərəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43