Ölkə futbolu

“Məqsədimiz kuboku qazanmaqdır” – Laurentsiu Regekampf

“Nəticə oyuna görə oldu. Buraya qələbə üçün gəlmişdik. Futbolçuların daha yaxşı reaksiya verəcəklərini bilirdim”.

İdmanxeber.az-ın məlumatına görə, “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Sumqayıt” qələbəsi (4:0) barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Buraya qələbə üçün gəlmişdik. Futbolçuların daha yaxşı reaksiya verəcəklərini bilirdim. “Zirə” ilə görüşə hazırlaşanda tam heyətlə deyildik. Bu dəfə bütün komanda sərəncamımda idi və yaxşı hazırlıq keçdik”.

O, oyundan-oyuna yaxşı nəticələr qazanmağa çalışacaqlarını söyləyib: Kubokda “Turan Tovuz”la ilk yarımfinal matçımız süni örtüklü meydançada olacaq. Sonra “Səbail”lə də bu cür örtükdə oynayacağıq. Çətin olacaq. Məqsədimiz kuboku qazanmaqdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43