Ölkə futbolu

“Səbail”dən qələbə, “Neftçi”dən darmadağın- YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XXIX turun daha 2 oyunu keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, günün ilk matçında “ASCO Arena”da “Səbail”  “Sabah” komandasını qəbul edib. Görüşdə ilk qolu “dənizçilər” vursa da, qonaqlar ikinci hisssədə hesabı bərabərləşdirib.

Qarşılaşmanın son dəqiqələrində isə “Səbail”in oyunçusu Zakpa komandasının qələbə qolunu vurub – 2:1.

Görüşün ikinci yarısında qonaqların futbolçusu Con İrasabal birbaşa qırmızı vərəqə alıb.

Bu nəticənin ardından “Səbail” 21 xalla sonuncu pillədən qurtularaq 9-cu pilləyə yüksəlib. “Sabah” isə 65 xalla ikinci sırada yer alır.

Günün son matçında isə “Sumqayıt” “Kapital Bank Arena”da “Neftçi”ni qəbul edib. Matç “ağ-qaralar”ın qələbəsi ilə başa çatıb – 4:0.

“Neftçi” bu qələbə ilə xallarının sayını 60-a çatdıraraq 3-cü pillədə qərarlaşıb  

 “Gənclik şəhəri” təmsilçisi isə 24 xalla 8-ci yerdə gedir. 

Misli Premyer Liqası, XXIX tur
8 aprel (şənbə)

20:00. “Sumqayıt” – “Neftçi” 0:4

Qollar: Stankoviç, 7, Sezar Meza Kolli, 64, İsmayıl Zülfüqarlı, 83, Lebon, 85

Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Cavanşir Yusifov, Əli Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Kapital Bank Arena”

17:30. “Səbail” – “Sabah” 2:1
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”

Qeyd edək ki, açılış oyununda “Qəbələ” evdə “Zirə”ni yenib – 2:1. Tura aprelin 9-da keçiriləcək “Turan Tovuz” – “Şamaxı” və “Qarabağ” – “Kəpəz” görüşləri ilə yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43