19 Sentyabr 2024
Ölkə futbolu

“Bəzi məqamlarda daha yaxşı oynamalıydıq” – Krunoslav Renduliç

“Turan Tovuz” həqiqətən də çox yaxşı komandadır. Bu gün öz səviyyəmizdən aşağı çıxış etdik. İlk yarıda daha səbrli və aqressiv oynamalıydıq. Azarkeşlər bu gün yaxşı oyun izlədilər. Hər iki komanda qalib gəlmək istəyirdi. 3 xal qazanmaq istəyirdik. Amma oyundan sonra 1 xala da məmnun olmalıyıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç “Turan Tovuz” oyunu (2:2) sonrası deyib 

– Hesabda önə keçəndən sonra komandanız müdafiəyə çəkildi. Bunun səbəbi nə idi?

– Sizinlə razıyam. Amma mən belə tapşırıq verməmişdim. Daha çox topa sahib olmaqlarını istəyirdim. Bəzi məqamlarda daha yaxşı oynamalıydıq.

Qəbul edirsiz ki, müdafiə xəttində problem var?

– Haqlısınız. Amma qola qədər ardıcıl 5 səhvimiz var idi. Təkcə müdafiəçini günahlandıra bilmərik. Yaxşı reaksiya vermədik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43