Kateqoriyasız

Baçana Sxadadze: “Əslində qapıda qapıçı dayansaydı…”

“İnter”in futbolçusu Baçana Sxadadze “Tiraspol”la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.com-un məlumatına görə, “bankirlər”in forvardı penalti şansını qaçırmasını belə izah edib:

“Karyeramda ilk dəfə idi ki, meydan oyuçusu dayanan qapıya penalti vururdum. Maraqlıdır ki, bu həm də ilk penalti idi ki, dəqiq yerinə yetirə bilmədim. Əslində qapıda qapıçı dayansaydı, mənə daha rahat olardı. Fikirləşəndə ki, sənin zərbəni qapıçı yox, oyunçu qaytaracaq…”

Sxadadze ikinci mərhələdəki rəqibləri olan “Elfsborq”un daha çətin komanda olduğunu bildirib:

“Bu komanda haqda çox informasiya yoxdu. “Tiraspol”a baxanda “Elfsburq” daha çətin rəqibdir.  Onlar hər il avrokuboklarda çıxış edirlər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43