Dünyadan

DÇ-2014-də xarüqələr yaradan qapıçı “Bavariya”da

“Bavariya” DÇ-2014-də Kosta-Rika millisinin heyətində xarüqələr yaradan qapıçı Keylor Navası transfer edir.

İdmanxeber.com-un məlumatına görə, Münhen klubu bu transfer üçün Navasın məxsus olduğu klubu “Levante”yə 10 milyon avro təzminat da ödəməyə hazırdı. Məlumatda deyilir ki, Navas özü bu transferdən iki milyon avro gəlir götürəcək.

Kosta-rikalı qapıçının “Bavariya”ya keçməsi xəbərini “Levante”nin vitse-prezidenti Tomas Peres təsdiq edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43