İdman

“Bakı-2015”: Millimiz Hollandiyaya qalib gəlir və yarımfinalda Türkiyəyə rəqib olur (YENİLƏNİB)

Bu gün Bakı-2015 I Avropa Oyunlarında qadın voleybolçular arasında 1/4 final mərhələsinin oyunları keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, bugünkü matçlardan sonra yarımfinalçılar bəlli olacaq.

A qrupunda ikinci yeri tutmaqla qrupdan çıxna Azərbaycan milli komandasının rəqibi Hollandiya olacaq. Aleksandr Çervyakovun yetirmələri digər qrupun ikincisi olmuş Hollandiya ilə saat 19:00-da üz-üzə gələcək.

Voleybol

23 iyun

Qadınlar

1/4 final

13:00. Polşa – Almaniya 3:2

15:00. Türkiyə – Rusiya 3:1

19:00. Azərbaycan – Hollandiya 3:0

21:00. Belçika – Serbiya

Qeyd edək ki, Azərbaycan millisi yarımfinala adlayarsa, final yolundakı son görüşünü Türkiyə – Rusiya cütlüyünün qalibinə qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43