Kateqoriyasız

“Bakı” azarkeşlərinin sevimli “sambaçı”sı qayıtdı – VİDEO

“Bakı”nın yeni transferi Jaba bu gün Bakıya gəlib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, sabiq klubuna geri dönən braziliyalı hücumçu “Bakı”nın telekanalına açıqlama  da verib.

Azərbaycan dilində danışan Jaba bunları deyib:

“Yenidən “Bakı”nın şərəfini qoruyacağım üçün xoşbəxtəm. “Bakı”  böyük klubdur və onun Hafiz Məmmədov kimi prezidenti var. “Bakı”da qollar vurmağa davam edəcəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43