Milli komanda

Foqts bu vaxtı sorğu-sual olunacaq

“Avro-2016″nın seçmə mərhələsində oktyabrın 13-də Osiek şəhərində keçiriləcək Xorvatiya – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat üçün açıq məşqlərin və mətbuat konfranslarının vaxtı açıqlanıb.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Berti Foqts və Niko Kovaçın oyundan bir gün əvvəl mətbuat nümayəndələrinin qarşısına çıxacaq.

Xorvatiya milli komandası

12 oktyabr, saat 17:00 – Mətbuat konfransı, “Qradski vrt” stadionu

12 oktyabr, saat 17:30 – Mətbuat üçün açıq məşq, “Qradski vrt” stadionu

Azərbaycan milli komandası

12 oktyabr, saat 12:30 – Mətbuat konfransı, “Osiyek” oteli, “Hrast” zalı

12 oktyabr, saat 19:00 – İlk 20 dəqiqəsi mətbuat üçün açıq məşq, “Gradski vrt” stadionu

Qeyd edək ki, saatlar yerli vaxtla göstərilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43